Heç kəs unudulmur,heç nə yaddan çıxmır
Bizim nəsil 1941-1945-ci illər müharibəsinin dəhşətlərini, od-alovunu ancaq filmlərdə görmüşdür.Bir anlığa müharibənin dünyaya meydanoxuyan Hitlerin qələbəsi ilə başa çatdığını təsəvürümüzdə canlandıraq. Bu, ölkələrin sərvətlərinin talanması, xalqların kölə halına düşməsi, özlərini “seçilmişlər” sayan faşistlərin bütün dünyada ağalığı deməkolardı. Müharibənin ilk illərində belə görünürdü ki, faşistlər öz niyyət-lərinə çatacaqlar. Onlar çoxlu sayda yaşayış məntəqəsini zəbt etmişdi-lər və sürətlə irəliləyirdilər. Lakin azadlığı yüksək qiymətləndirən,doğma Vətənlərini çox sevən xalqlar birləşərək faşistləri dayandırmağavə müharibəni qələbə ilə başa çatdırmağa nail oldular. 1945-ci ilinmay ayında dünyanın başı üstündə Demokl qılıncı kimi dayanan faşizmkabusu darmadağın edildi.
Bu misilsiz qələbə milyonlarla insanın canı-qanı bahasına qazanılmışdır. Rusiyanın, Ukraynanın, Belorusun, Polşanın və başqa ölkələrin ərazilərindəki kütləvi qəbiristanlıqlar buna sübutdur. Müharibədə azərbaycanlılar da fəal iştirak etmişlər. Azərbaycanlılardan təşkil olunan 416-cı Taqanroq diviziyası ayrı-ayrı şəhər və kəndlərin düşmənlərdən təmizlənməsi uğrunda fəal döyüş əməliyyatları aparmışdı.İlk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov hərbi sənətini yaxşı bilən cəsur komandir idi və əsgərlərini öz arxasınca aparmağı bacarırdı.Azərbaycanlı döyüşçülərin 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətləri “Uzaq sahillərdə” filminin qəhrəmanı Mehdi Hüseynzadənin timsalında aydın görmək mümkündür. Həmin illərdə arxa cəbhədə qalan soydaşlarımız da ümumi qələbə naminə hər cür mərhumiyyətlərə dözmüş, böyük fədakarlıq göstərmişlər. Artıq 1941-1945-ci illər müharibəsindən bizi yarım əsrdən çox zaman məsafəsi ayırır. Bununla belə, bu müdhiş müharibənin acı xatirələri indi də insanları düşünməyə, öz hərəkətlərini ölçüb-biçməyə vadar edir. Ümumi qələbə naminə fədakarlıqlar göstərən, müharibədə şəxsi həyatlarını qurban verən insanların adları da daim minnətdarlıq hissi ilə xatırlanacaq. Respubilikamızın, demək olar ki, əksər şəhər və kəndlərində İkinci dünya müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə abidə kompleksləri yaradılıb. Həmin abidələrin üzərində, adətən, sadə bir cümlə yazılır: “Heç kəs unudulmur,heç nə yaddan çıxmır!”.Bu sözlər aydın səma altında yaşayan insanların taleləri yarımçıq qırılmış müharibə iştirakçılarının xatirəsinə dərin ehtiramlarının səmimi ifadəsidir.
Nə qədər belə misal çəkmək mümkündür. Bəzən olur ki, hansısa bir hadisəni, hansısa bir şəxsiyyətin adını bu və ya digər səbəblər üzündən tarixin səhifələrindən silməyə cəhdlər göstərilir. Fəqət belə mənasız cəhdlər zamanın istehzası ilə üzləşir. Məgər xalqımız ədalətsiz Türkmənçay və Gülüstan müqavilələrinə əsasən məmləkətimizin iki yerə parçalanmasını nə vaxtsa unuda bilərmi ? Gəlin xatırlayaq, lap yaxın keçmişədək bu barədə danışmaq, yazmaq belə qadağan edilmişdi. Lakin böyük dövlətlərin tarix səhnəsindəki siyasi gedişləri nə qədər güclü olsa da, bu tale-yüklü olayı böyük keçmişi olan xalqın qan yaddaşından çıxara bilmədi. Xalqın Araz boyunca tikanlı məftilləri qırıb-dağıtmaq və birləşmək arzusu şeirlərə, mahnılara çevrildi, bu barədə cild-cild əsərlər yazıldı. Gün gələcək, bu istək mütləq həyata keçəcək. Zorla işğala məruz qalan Dağlıq Qarabağı, musiqimizin beşiyi gözəl Şuşanı, gözəlliklər məkanı Kəlbəcəri, igidlər oylağı Laçını, Qubadlını, indiki Ermənistanın ərazisindəki adları məqsədli şəkildə dəyişdirilərək “erməniləşdirən” yurd yerlərini azərbaycanlıların qan yaddaşından silmək mümkünmü? Əsla! O yerlərdə ata-babalarımızın narahat ruhları dolaşır və qarşısıalınmaz bir qüvvə tək bizləri o yerlərə qayıtmağa sövq edir.
Bu yaxınlarda Quba şəhərində aparılan qazıntılar zamanı kütləvi qəbiristanlıq aşkarlandı. Ermənilər ötən əsrin əvvəllərində kütləvi şəkildə qətlə yetirdikləri azərbaycanlıları basdıraraq öz dəhşətli cinayətlərini unutdurmağa çalışmışlar. Ancaq tarixi həqiqət təsdiqini tapdı.
Həyatı boyu Vətən naminə çarpışan, milli mənafeyini hər cür şan-şöhrətdən, imtiyazdan üstün tutan, var-dövlətini xalqının inkişafı yolunda xərcləyən tarixi şəxsiyyətlərin adı daim qəlblərdə yaşayacaq. Milli və bəşəri duyğuları çərçivəyə sığmayaraq azad şəkildə tərənnüm edən Hüseyn Cavid uzaq Sibirə sürgün edildi və orada dünyasını dəyişdi. Ancaq unudulmadı. On illər ötəndən sonra onun nəşi Vətənə gətirilərək Naxçıvanda doğma torpağa tapşırıldı, məzarı üstündə möhtəşəm məqbərə ucaldıldı. Sərt qadağalar milyonçu xeyriyyəçilər Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun adlarını və xeyirxah əməllərini insanların yaddaşından silə bilmədi…
Beləliklə, heç kəs unudulmur, heç nə yaddan çıxmır, həqiqət torpaq altında qalsada, heç vaxt pas atmayan qiymətli metala bənzəyir. İllər ötür, bəzən əsrlər dolanır və o gec-tez üzə çıxır. Buna görə də həyatda hər kəs xeyirxah işlər görməyə çalışmalıdır…

Hacı Qara
Mirzә Fәtәli Axundovun komediyaları Zaqafqaziya müsәlmanlarının XIX əsrin 40 vә 50-ci illәrindәki hәyatını әks etdirәn bir reflektora bәnzәyir. İstedadlı dramaturq, xalqı yaxşı tanıyan Axundov xalq mәişәtinin müxtәlif tәrәflәrini kifayәt qәdәr düzgün vә sәnәtkarlıqla әks etdirmişdir.Bütün komediyalarında Axundov xalqın hәyatına yaxşı bәlәd olan nadir psixoloq vә sәnәtkardır, onun yaradıcılıq istedadı, hәyat tәcrübәsi vә hәrtәrәfli biliklә zәngin zәkası özünü hәr yerdә göstәrir. Onun hәr hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elә gәlir ki, uzun müddәt yaxından tanıdığın adamların arasında olmusan vә hәmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan. M.F.Axundzadənin “Hacı Qara” komediyasında adından da göründüyü kimi xəsislik təsvir və tənqid olunur. Dahi dramaturqun bu əsərində rәhmsiz qoca xәsis Hacı Qaranın mәnәvi alәmindәki nifrәt oyadan cәhәtlәrin açılması üçün dərin fəlsəfi-psixoloji məqamlardan sənətkarliqla istifadə etməsini görürük: bu qoca xәsis üçün dünyada puldan başqa heç bir müqәddәs şey yoxdur; Hacı Qara, öz dostu Heydәr bәyin qoçaqlığını tәriflәyәn Әsgәr bәyә etinasızlıqla deyir ki, bizim zәmanәmizdә qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dәfә yaxşıdır.Əsər 2 xətt üzrə inkişaf edir. Yəni əsərin bir hissəsi Hacı Qara ilə, digər hissəsi Heydər bəylə əlaqədardır. Biri xəsisliyi ucbatından itirdiyi 100 manat zərərinin əvəzini çıxmaq şərtilə, digəri isə evlənmək üçün qaçaq mal alverinə gedir. Tacir Hacı Qara komediyanın gülünc qəhrəmanıdır. Xəsislik, tamahkarlıq, ikiüzlülük, qorxaqlıq onun əsas xüsusiyyətləridir. Xəsisliyinin ucbatından ailəsinə nəinki pul vermir və hətta özü belə xərcləmir. O, tamahkarlığı, acgözlüyü üzündən qaçaqmalçılığa girişir.
Hacı Qaranın həyat yoldaşı Tükəz xanım isə xəsisliyə qarşıdır. Bununla yanaşı o, həyat yoldaşına qayğı göstərir. Tükəz xanım ərinin qaçaqmalçılığa getməsini pisləyir. Əsərdə Heydər bəyin simasında insan xarakterinin ziddiyətli olduğunu göstərilir. Yəni, o cəsur, mərd bir gəncdir və bəy nəslindəndir. Amma Heydər bəy cəsur mərd bir gənc olsa da əsərdə onun mənfi xüsusiyyətləri də təsvir olunur. Yəni Heydər bəy əməklə, zəhmətlə yaşamağa qarşıdır. Əsərdə onun iflasa uğradığı təsvir olunur və bildiyiniz kimi, bununla onun var-dövləti yox olur, hətta Heydər bəyi evlənmək üçün belə imkanı olmur. Buna görə də o da qaçaqmalçılıq edir.
Əsərdə Heydər bəyin nişanlısı olan, onu ürəkdən sevən Sona xanım surəti də var. O da Heydər bəy pis əməldən çəkindirməyə çalışaraq, qaçaqçılıq kimi pis işlə məşğul olmasını istəmir.Hacı Qaranın ona pis mal satmış Şuşa tacirinә yağdırdığı söyüşlәr, özü mal satanda qurana and içib parçasını tәriflәrkәn dediyi sözlәr, yaxud Zalxa arvadın ağıllı muhakimәlәri uzun müddәt adamın qulağında sәslәnir. Zalxa arvad Divanbәyiyә deyir ki, Tarverdi biçarәnin heç bir tәqsiri yoxdur, o nә elәsin ki, bu viran olmuş ölkәnin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlәr. Divanbәyiyә deyәn gәrәk ki, bacarırsan ölkәmizin qızlarına qadağan elә ki, quldur olmayan oğlanlardan zәhlәlәri getmәsin. Axundov şәrq dillәrinin bilicisi hesab olunurdu; o, öz komediyalarını Azәrbaycan türklәrinin lәhcәsindә, canlı, oynaq vә cilalanmış bir dildә yazmışdır. Bu canlılıq vә sadәlik sayәsindә onun komediyaları bütün savadlı camaatın malı olmuşdur; doğrudan da, bir zamanlar hәmin komediyalar böyük bir maraqla oxunurdu. Təsadüfi deyildir ki, bədii cəhətdən yüksək sənət nümunəsi sayılan “Hacı Qara” komediyası Mirzә Fәtәli kimi kamil vә sənətkarin qələmindən ərsəyə gәlә bilәrdi. Bu baxımdan, Mirzә Fәtәlini fransızların Molyeri vә rusların Qoqolu ilə müqayisə edən ədəbiyyatşünaslar onun sərhəd tanımayan zəka diapazonuna istinad edirdilər.
Mirzә Fәtәli Axundovun yaradıcılığı bütövlükdə XIX əsr Azərbaycan ədəbiyyatında böyük hadisə olaraq ölkədə yeni ədəbi mühitin formalaşmasına müsbət təsir göstərdi.

Neft sərvətimizdir
Ulu Tаnrı öz nеmətlərini dоğmа Аzərbаycаnımızdаn əsirgəməyib. Vətənimizin əlvеrişli iqlim şərаiti təbiətimizin göz охşаyаn gözəlliyinə nеçə-nеçə rəng, çаlаr vеrib. Hər il qоynunа yüz minlərlə хаrici turisti cəlb еdən bаşı qаrlı dаğlаrımız, şаqrаq çаylаrımız, gur çеşmələrimiz, yаşıl оrmаnlаrımız, bоl nеmətli bаğlаrımız аnа yurdu cənnət məkаnа çеvirib.
Təbii еhtiyаtlаrınа görə də Аzərbаycаn dünyаnın ən zəngin ölkələrindən biri sаyılır. Bunlаrın аrаsındа isə nеft önəmli yеr tutur. Аzərbаycаn nеfti yüz illər bоyu əcnəbilərin inhisаrındа оlub. Bаkı nеfti uğrundа böyük impеriyаlаr çаrpışıb. Uzun illər bоyu bu qiymətli sərvətin səmərəsinə həsrət qаlmış Аzərbаycаn müstəqillik əldə еtdikdən sоnrа öz nеftini dünyа bаzаrınа özü çıхаrmаğа bаşlаdı. 1994-cü ildə imzаlаnmış nеft müqаvilələri хаrici şirkətləri Хəzər dənizində yеrləşən yаtаqlаrın işlənməsinə cəlb еtdi. Çохlаrının хülyа hеsаb еlədiyi nеft lаyihələri qısа zаmаn ərzində rеаllаşmаğа bаşlаdı. Ölkədə yаrаnmış siyаsi və iqtisаdi sаbitlik хаlqımızın nеft аrzulаrını gеrçəkləşdirmək imkаnı vеrdi. Bаkı-Tbilisi – Cеyhаn nеft kəməri işə sаlındı.
Digər uğurlu lаyihələr rеаllаşdı.Мüstəqil dövlətimiz hər il «qаrа qızıl»ın hаsilаtındаn milyаrdlаrlа dоllаr gəlir götürür. Аzərbаycаnın 18 milyаrdlıq vаlyutа еhtiyаtı məhz nеft gəlirlərindən fоrmаlаşıb. Оnа görə də bu qiymətli təbii хаmmаlı əsl sərvət аdlаndırmаğа dəyər. Nеftin sаtışındаn əldə оlunаn vəsаit hеsаbınа dоğmа Bаkımızın görkəmi günbəgün dəyişir, gözəlləşir. İqtisаdiyyаtımızdа cаnlаnmа əmələ gəlir. Əhаlinin аztəminаtlı təbəqələrinin sоsiаl müdаfiəsi güclənir.
Оrdumuzun qüdrəti аrtır. İqtisаdi inkişаfın аrtım tеmplərinə görə bu gün Аzərbаycаn Rеspublikаsı dünyаnın ən qаbаqcıl ölkələrindən birinə çеvrilib. Əlbəttə, hеç bir təbii sərvət tükənməz dеyil. Hаçаnsа yаtаqlаrdа nеftin аzаlmаsı bаş vеrəcək. Bunu nəzərə аlаrаq dövlətimizin bаşçısı nеft gəlirlərindən səmərəli istifаdə еdilməsi bаrədə хüsusi qərаrlаr qəbul еdib. Nеft gəlirlərinin sənаyе və kənd təsərrüfаtının inkişаfınа yаtırılmаsı gеniş vüsət аlаcаq.
Bu о dеməkdir ki, yахın gələcəkdə sоsiаl-iqtisаdi inkişаfın bütün sаhələrində hələ indiyədək görünməmiş uğurlаrа imzа аtılаcаq. Bəli, nеft bizim ən qiymətli sərvətimizdir. «Qаrа qızıl»ın gəlirləri gələcək nəsillər üçün аğ günlər vəd еdir. Tаnrı хаlqımızın ruzusunu bоl еləsin!

Novruz bayramı milli bayramımızdır
Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir. Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir.
Ola bilər ki, dövlət bayramını kimsə bu bayram kimi qəbul etsin, amma qəlbində ona başqa münasibət göstərsin. Ola bilər ki, bir Ümumdünya bayramına da kimsə başqa münasibət göstərsin. Ancaq Novruz bayramı hər bir azərbaycanlı demək olar ki, anadan olandan onun qəlbində, ürəyində, ruhunda, fikrində yaşayan bayramdır. Ona görə də bu bayram bütün insanları coşdurur, Azərbaycanda olan hər bir insanı sevindirir, şənləndirir. İnsan nə qədər qəm-qüssə içində olsa da, bu bayramda özünü şən əhval-ruhiyyədə hiss edir.Novruz bayramı həm bu dünyada yaşayanların bayramıdır, həm də dünyanı tərk edən insanların ruhunun bayramıdır. Ona görə də təsadüfi deyildir ki, bu bayram ərəfəsində və günlərində hər bir insan öz əcdadını, babasını, dünyadan getmiş qohum-əqrəbalarını yada salır, dünyadan köçmüş insanların qəbri üstünə gedir, onların ruhlarına dualar oxutdurur. Yenə də deyirəm, bunlar hamısı Novruz bayramının nə qədər insani bayram olduğunu, hər bir azərbaycanlı üçün nə qədər əziz bayram olduğunu göstərir.Bununla yanaşı, bu, bizim milli bayramımızdır.
Bu bayram əsrlərdən əsrlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümummilli bayramımızdır, ümumxalq bayramımızdır. O da məlumdur ki, ümumxalq, ümumdövlət, ümumölkə amilləri hər bir insan ilə, hər bir vətəndaşla bir olanda bayram da daha yüksək səviyyəyə qalxır, insanlar da bir-biri ilə daha sıx ünsiyyətdə olurlar. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır və birlik yaratmağa xidmət edir.Bizim üçün – Azərbaycan üçün, indi həyatının, tarixinin bu ağır dövrünü keçirən bir xalq üçün, bir millət üçün bu, çox lazımdır, çox zəruridir. Biz tariximizin həm şərəfli bir dövrünü, həm də ən çətin və ağır dövrünü yaşayırıq. Ona görə şərəflidir ki, biz azadıq, müstəqilik, sərbəstik və bu bayramımızı, ola bilər, tarixdə indiyədək olmayan qədər yüksək səviyyədə və geniş bayram edirik. Deməli, bu bizim azadlığımızın, sərbəstliyimizin, müstəqilliyimizin ən yüksək, ən parlaq təzahürüdür.Biz həyatımızın, tariximizin şərəfli bir dövrünü yaşayırıq. Ona görə ki, biz müstəqil dövlət qururuq, hüquqi dövlət qururuq, demokratik dövlət qururuq, insanlara azadlıq, sərbəstlik verən, insanların həyatının daha da firavan olmasına xidmət edə bilən cəmiyyət yaradırıq. Ona görə bu, tariximizin şərəfli səhifəsidir, şərəfli dövrüdür.
Biz bu şərəfli dövrü yaşayırıq. Biz tarixi ənənələrimizi, adətlərimizi, dinimizi, dilimizi ümumxalq sərvəti etmişik. Bunlar hər bir vətəndaşın sərvətidir. Xalqımızın, millətimizin sərvətidir, ölkəmizin sərvətidir, dövlətimizin sərvətdir. Ona görə də bu, tarixin ən şərəfli dövrüdür.Bununla yanaşı olaraq, biz, tariximizin çətin bir dövrünü yaşayırıq. Çətinlik ondan ibarətdir ki, əgər XX əsrin əvvəlində bizim həyatımızda və dünyanın bir çox ölkələrinin həyatında, ictimai-siyasi quruluşunda baş vermiş dəyişikliklər hər bir insanın həyatını qarmaqarışıq etdi, pozdu, dağıtdı, ölkələrin həyatında böyük dəyişikliklər əmələ gətirdisə, XX əsrin sonunda biz müstəqillik əldə etdikdən sonra, bir ictimai-siyasi, iqtisadi sistemdən başqasına keçəndən sonra, sərbəst, müstəqil bir həyat yoluna addım atdığımız zaman böyük çətinliklərlə rastlaşmışıq. Bunlar keçid dövrünün çətinlikləridir. Bu çətinliklər təbiidir, bunlar tarixin obyektiv proseslərindən meydana gələn, zəruriyyətindən doğan çətinliklərdir. Biz bunu yaşamalıyıq, biz buna dözməliyik. Buna nə qədər dözümlü olsaq, gələcək həyatımız da bir o qədər xoşbəxt olacaq, istədiyimiz kimi olacaqdır.
Tariximizin çətin dövrünü yaşayırıq, ona görə ki, səkkiz il bundan öncə Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan torpağına Ermənistan tərəfindən hərbi təcavüz edilibdir. Bu təcavüz Azərbaycana böyük zərbələr vurubdur. Azərbaycan ərazisinin bir qismi işğal olunub, dağıdılıb, viran qoyulubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, qaçqınlıq şəraitində yaşayır, bir çoxu çadırlarda yaşayır. Onların vəziyyəti ağırdır. Bunlar həyatımızın, tariximizin çətin mərhələsini əks etdirir. Torpağımız yaralanıbdır, vətənimiz yaralanıbdır. Bizə böyük yara vurulubdur, zərbə dəyibdir. Ancaq bunlar bizim iradəmizi sındırmayıbdır. Bu yaralar bizi qorxutmamalıdır və xalqımızı heç vaxt qorxuda da bilməz. Biz bunların qarşısını alacağıq. Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik. Bütün bu yaralar sağalacaq, müstəqil Azərbaycan öz hüdudları çərçivəsində, öz hüdudlarının sahibi, öz torpağının sahibi, öz ərazisinin sahibi olacaqdır.Lakin bu yol asan yol deyildir. Bu, çətin, ağır yoldur. Çünki biz zərbələr almışıq, torpaqlarımız işğal edilibdir, vətəndaşlarımız yerindən-yurdundan olublar. Bunların hamısını bərpa etmək asan deyildir, çətin işdir. Ona görə də biz tariximizin çətin dövrünü yaşayırıq. Ancaq xalqımızın iradəsi ilə, millətimizin iradəsi ilə, dövlətimizin iradəsi ilə biz bu çətinliklərdən çıxacağıq. Əminəm ki, çıxacağıq.
Bu gün Azərbaycanın hər yerində, o cümlədən Bakıda xalqımızdakı bu bayram əhval-ruhiyyəsi, bu nikbinlik, bu sevinc, bu şənlik ümid verir ki, biz bu çətinliklərdən çıxacağıq.Bildiyiniz kimi, biz məsələləri sülh yolu ilə həll etmək üçün iki ilə yaxındır ki, atəşkəs rejimində yaşayırıq. Atəşin dayandırılması barədə erməni təcavüzkarları və qəsbkarları ilə saziş əldə etmişik. Bu, lazımdır. Biz bu addımı atmışıq və bu, düzgün addımdır. Bu addımı ona görə atmışıq ki, bundan sonra qan tökülməsin. Bu addımı ona görə atmışıq ki, məsələləri sülh yolu ilə həll edək. Biz buna da çox ümidlər bəsləyirik. Ümidvaram ki. biz məsələni bu yolla həll edəcəyik. Biz müharibəyə bu yolla son qoyacağıq. Biz bu yolla bölgədə sülh yaradacağıq. Bu yolla Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, insanlar öz yerinə-yurduna qayıdacaq, qaçqınlar öz evinə-eşiyinə dönəcək və Azərbaycanda daimi sülh yaranacaqdır.Mən buna əminəm. Əminəm ona görə ki, haqq işi, ədalət işi həmişə qələbə çalıb. Əminəm ona görə ki, Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib və bu sınaqdan da keçəcəkdir. Əminəm ona görə ki, Azərbaycan xalqının zəkası, iradəsi, qəhrəmanlığı buna əsas verir. Əminəm ona görə ki, biz, Azərbaycan dövləti xalqın əmin-amanlığının, xoşbəxt gələcəyinin keşiyində durmuşuq.Bu bayram günü bu sözləri sizə çatdıraraq sizdə daha yüksək əhval-ruhiyyə yaratmaq istəyirəm. Eyni zamanda sizdə daha möhkəm əzmkarlıq, ümumi işimiz naminə daha sıx birlik yaratmaq istəyirəm.
Mən bu gün, Novruz bayramı günü, bu bahar bayramı günü, bu milli bayram günü bütün Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə dəvət edirəm. Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər də tez bu çətinliklərdən çıxacağıq, o qədər də tez torpaqlarımızı geri qaytaracağıq, azad edəcəyik, ərazi bütövlüyümüzü təmin edəcəyik.
Oğuzların düşmənlə mübarizədə göstərdiyi igidliyin təsviri
Аzərbаycаn хаlqının, ümumilikdə bütün türk dünyаsının fəхr еdə biləcəyi möhtəşəm ədəbi аbidə оlmаqlа yаnаşı, «Dədə Qоrqud» dаstаnı dünyа ədəbiyyаtının qiymətli sənət incilərindən sаyılır. Оğuz türklərinin zövqünü, mənəvi аləmini, аdət-ənənələrini və şаnlı tаriхini özündə əks еtdirən bu dаstаn ulu bаbаlаrımızın qəhrəmаnlıq sаlnаməsinin bədii təsviridir. Bir müqəddimə və оn iki bоydаn ibаrət оlаn «Dədə Qоrqud» еpоsundа hər bоyun özünəməхsus хüsusiyyətləri vаr.
Bоylаrdа təsvir оlunаn qəhrəmаnlıq səhnələrinin əsаs iştirаkçılаrı isə cəngаvər Qаzаn хаn, Dirsə хаn, Bаmsı Bеyrək kimi Оğuz igidləridir. Оğluzlаrın əsаs düşməni yаdlаrdır. Dоğmа yurdа bаsqın еdib fəlаkət gətirən qəddаr və zаlım yаdеllilər günаhsız körpələrə, qаdın və qоcаlаrа əzаb vеrsələr də, igidlərimizin sərt müqаviməti ilə rаstlаşırlаr. Qаnlı döyüşlərdə kаfirlərin оrdusu dаrmаdаğın еdilir. «Dədə Qоrqud» bоylаrındа igidlər аrаsındа təfriqəyə də rаst gəlinir. Bunа bахmаyаrаq qəhrəmаnlаr sübut еdir ki, Оğuz birliyi pоzulmаzdır. Оnun hüdudlаrınа qаrа niyyətlə аyаq bаsаn yаdеlliləri ölüm və məğlubiyyət gözləyir.
Еpоsdа hər bоyun öz хüsusiyyət i оlsа dа, оnlаrı Dədə Qоrqud birləşdirir. Bоylаrın sоnundа Dədə Qоrqud yum söyləyir. Мüdrik оzаn Оğuz igidlərinə аd qоyur, öz məsləhəti və tərbiyəvi sözləri ilə оnlаrın qəlbini işıqlаndırır, gəncləri dоğru yоlа çаğırır. Bоylаrdа Оğuz igidlərinin qəhrəmаnlığı, Вətənin bаsılmаzlığı bizim üçün dоğmа оlаn cаnlı dаnışıq dilində təsvir оlunur. Bu isə dаstаnın dilini аnlаşıqlı еdir.
Dаstаnı охuduqcа bеlə bir qənаətə gəlmək оlаr ki, dоğmа Аzərbаycаnımız düşmən qаrşısındаn qаçmаyаn, ləyаqətli igidlər оylаğı, şərəfli qəhrəmаnlаr Yurdudur. Аtа-bаbаlаrımızın bizə əmаnət vеrdiyi bu Йurdu çiçəkləndirmək, оnun hər qаrışını düşməndən qоrumаq hər birimizin müqəddəs vəzifəsidir.

İş insanın cövhəridir , İşləməyən dişləməz
Qərinələrin sınağından çıxmış, cilalanaraq müasir zəmanəmizə gəlib çatmış bu kimi ifadələr əməyin insan həyatında böyük rol oynadığını təsdiqləyir. İnsanın min illər bundan əvvəlki ibtidai yaşayış tərzi ilə bugünkü həyat səviyyəsini müqayisə edək. Fərq, necə deyərlər, yerlə göy qədərdi. İndi insanlar kosmosa yol açmışlar. Uzaq şəhərlər, ölkələr arasındakı məsafəni cəmi bir neçə saata dəf etmək mümkündür. İri şəhərlərdə yeraltı yollar çəkilir, mərtəbələrinin sayı 100-ə yaxınlaşın göydələnlər inşa edilir. İnternet bütün dünyanı eyni bir şəbəkədə birləşdirir. Yer üzündə inkişafın yüksək səviyyəyə çatmasını təsdiqləyən belə misalların sayı çoxdur.
Min illər boyu bundan əvvəl həyatı davam etdirmək üçün odu mağarada qoruyub saxlayan, ağacdan, daşdan ilk əmək sayəsində çatmışdır. Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir. Əmək bütövlükdə insan camiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əməyə xor baxanlar həmişə başqalarına möhtac qalırlar. Əksinə, kim ki, zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Dahi Nizaminin ustalıqla qələmə aldığı "Kərpickəsən kişinin dastanı” əsərindəki səhnəni göz önünə gətirək. Həyatın mənasını zəhmətdə görən, alın təri ilə çörək qazanan qoca kərpickəsən kişi vüqarlıdır, o, bir kimsədən asılı olmadığına görə özünü xöşbəxt sanır. Qocanın müdrik cavabı bu yaşda zəhmətə qatlaşmağı ona irad tutan gəncin üzünü sərt şillə kimi dəyir, onu utandırır. Həyatda belə misallar çoxdur.
Biz zəhmətə qatlaşıb seçdiyi sənətin bütün sirlərinə yiyələnən çoxlu əmək qəhrəmanları tanıyırıq. Onlar fədakar əməkləri sayəsində böyük nailiyyətlər qazanaraq xalqımızın iftixar rəmzinə çevrilmişlər. Belə əmək qəhrəmanlarından biri haqqında söhbət açmaq istəyirəm. Onu bütün Azərbaycanda sadəcə neftçi Qurban kimi tanıyırlar. Neftçi Qurbanın həyatı hamı üçün ibarətimiz məqamlarla zəngindir. Azərbaycanda dünyada "Neft akademiyası” kimi tanınır. 1949-cu ildə dünya Azərbaycan neftçilərinin daha bir möcüzəsinin şahidi oldu. Həmin il noyabrın 7-də mavi Xəzərin qoynundakı "Neft Daşları” yatağından neft fontan vurdu. Bununla da dünyada ilk dəfə Azərbaycanda açıq dənizdə "qara qızıl” hasilatına başlanıldı. Bu, dünya neft sənayəsinin inkişafında misilsiz bir hadisə idi. Heç təsadüfi deyildir ki, "Neft Daşları”nı həm də "Dünyanın səkkizinci möcüzəsi” adlandırırlar. Polad dirəklər üzərində əfsanəvi şəhəri yaradanlardan biri də haqqında söhbət açdığımız neftçi Qurban idi. Zəhmətə bağlılığı, seçdiyi peşənin sirlərinə mükəmməl yiyələnməsi, çətinliklərdən qorxmaması həmkarlarından neftçi Qurbana qarşı dərin inam oyatmışdı. Elə buna görə də açıq dənizdə ilk neft quyusunun qazılması məhz gənc buruq ustasına həvalə edilmişdir. Açıq dənizdə qazılan və dərinliyi 942 metrə çatan ilk quyudan gündə 100 tona yaxın neft çıxarılırdı.Neftçi Qurban, əlbəttə ki, tək deyildi. Dənizi fəth edənlər arasında S.Orucov, X.Kaveroçkin, A.Əliyev, V.Hacıyev kimi qəhrəman neftçilər var idi.
Halal zəhməti ilə yüksələn neftçi Qurbanın adı Azərbaycan üçün baş ucalığıdır. Xalqımız onun xatirəsini uca tutur. Bu gün mavi Xəzərin qoynunda üzən krana əfsanəvi neftçinin adı verilib. Bundan başqa, onun xatirəsinə həm də bir sıra məktəblərin, küçələrin adında əbədiləşdirilib. Neftçi Qurbanın xatirəsinə ən böyük ehtiram isə neftçilər ordusunun hər bir üzvünün ona minnətdarlıq hissi ilə xatırlaması, zəngin və mənalı yol keçən əmək qəhrəmanını, görkəmli buruq ustasını özünün müəllimi hesab etməsidir.

Xocalı faciəsini unutmuruq
26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin... Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə.
Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini "məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.
Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

“Bilsin ana torpaq eşitsin Vətən! Müsəlləh əsgərəm mən də bu gündən” (S.Vurğun)
Böyük şairimizin “Vətən keşiyində” adlı şeirindən götürülmüş bu misralar xalq şairinin Vətən, xalq qarşısında əsgəri andı idi. Bu gün isə bu, bütün Azərbaycan xalqının, qeyrətli oğul və qızlarımızın Vətən qarşısındakı andıdır, niskili Qarabağımızın qarşısındakı əhdi, ilqarıdır. Vətəni müdafiə ideyası bizim hər birimizin mübarizə və qələbə devizidir, həyat bayrağımızdır.
Vətən məhəbbəti, vətənpərvərlik haqqında danışarkən S. Vurğunun bu sözləri yada düşür: “Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar.”
Vətən müqəddəsdir, Vətən pakdır, Vətən ülvidir. Vətən sevənlərin gözü tək safdır, aydan arı, sudan durudur. Vətən ana südü qədər şirin, ana qucağı tək isti, ana nəfəsi kimi doğmadır, əzizdir.
Bir filmdə eşitdiyim söz heç yadımdan çıxmır: “Demə ki, Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm.” Doğrudan da, çox gözəl sözlərdir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də bizik, Vətən övladlarıyıq. Vətənimiz Azərbaycan özünün mürəkkəb və çətin dövrünü yaşayır. Ulu torpaqlarımızın beşdən bir hissəsi yağı əlindədir. Bir milyon yurddaşımız miskin qaçqın həyatı keçirir. Lakin Azərbaycan xalqı heç vaxt ruhdan düşməmişdir və biz ürəkdən inanırıq ki, çox tez bir zamanda torpaqlarımız azad ediləcək, mənfur düşmən üzərində qələbə qazanılacaqdır. Bu qələbədə isə biz də iştirak edəcəyik. Biz Vətənə borcumuzu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və ictimai-mədəni həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik. Bu, bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur. Vətən bizdən hünərlər gözləyir.
Sahibsiz olan bir Vətənin batması haqdır,
Yolunda can qoysaq, bu Vətən batmayacaqdır.
Qəlbimizin nuru, ziyası, gözüdür Vətən,
Bu Vətən qələbə müjdəsi gözləyir bizdən!
“Qalx ayağa,Azərbaycan!”(M.Araz)
Qədim və şanlı tarixi olan Odlar yurdu Azərbaycan öz təbii və mənəvi sərvətləri ilə həmişə zəngin və səxavətli olmuşdu. Onun bitib-tükənməyən qara qızılı, kəhrəba buğdası, dadlı-ləzzətli meyvələri, sərin, şəfalı yaylaqları hamını heyrətə gətirmişdir. Neçə-neçə xalqın görkəmli elm və sənət xadimləri yurdumuz qarış-qarış gəzmiş, bu möcüzələr aləminin gözəlliklərinə vurğun kəsilərək, əsrlər boyu onu ürək və ilhamla tərənnüm etmişlər.
Bəli, təbiət öz bolluğunu və səxavətini heç vaxt bu torpaqdan əsirgəməmişdir. Bu torpağın insanları da dost ürəkli, qonaqsevərdirlər. Onlar son tikələrini də dostla bölməyə, özləri çətinə düşsələr də, başqasını çətinlikdən qurtarmağa hazırdırlar. Amma nə edəsən ki, təbiətin səxavəti, yurdumuzun sərvəti, eləcə də, xalqımızın kin-küdurətsiz saf qəlbi həmişə başımıza bəla olmuş, çox vaxt dost dediyimiz kəslərdə naxələflik görmüşük. Çörəyimizi yeyib suyumuzu içən, üzdə özünü dost kimi göstərib daxildə türkə qənim kəsilən alçaq xislətli erməniləri tanımamış,onların xəbis niyyətlərindən xəbər tutmamışıq. “ Böyük Ermənistan” xülyasına qapılan ermənilər Rusiya imperiyasına arxalanaraq doğma yurdumuzun iyirmi faiz ərazisini qəsb etmiş, bir milyon yurddaşımızı öz torpaqlarından qovaraq qaçqına çevirmişlər. Qarabağımıza, Cıdır düzünə, İsa bulağına həsrət qalmışıq.
Əzilmişik, amma üzülməmişik. Qəhrəman oğulları, qeyrətli qızları olan bir xalq heç zaman sına bilməz, əyilə bilməz. Çox keçməyəcək ki, Azərbaycan oğlu kükrəyərək yerindən qalxacaq, əsl hərb meydanını düşmənə göstərəcəkdir. Ya odlara yanmalı, ya da Vətənimiz Azərbaycanın ən dilbər guşəsi olan Qarabağı yağı əlindən xilas etməliyik. Ya şəhid olmalı, ya da Koroğlu cəsarətini, Babək vüqarını düşmənə göstərməliyik.
Millətimiz öz yurdunda əsir-yesir,
Bu musibət ürəklərdə sanki bir dağ,
Ayağa dur, Vətən oğlu, bayrağını
Düşməninin düz gözünün içinə çax!
Biz bu günün şagirdi, sabahın müstəqil dövlət qurucularıyıq. Ürəkdən inanırıq ki, çox tezliklə torpaqlarımız yağı əsarətindən xilas ediləcək, düşmən üzərində qələbə qazanılacaqdır. Bu qələbədə isə biz də iştirak edəcəyik. Biz vətənə borcumuzu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik. Bu, bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur. Vətən bizə güvənir və bizdən hünərlər gözləyir.
Mən Vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan da, qanımdan da keçməyə hazıram. Mənim ürəyim vətənə sonsuz məhəbbətlə doludur. Əgər bu ürək:
Vətənimçin lazım gəlsə,
Polad kimi gərilməsə,
Torpağına sərilməsə,
Demək, o heç üərk deyil,
O heç mənə gərək deyil.

Kimlərə əsl vətənpərvər demək olar?
Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunları zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.
Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür.
Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalşılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənimizi düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər.
Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi tarixi keçmişimizdirsə, bu günümüzün qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlar son dövrlərin Qarabağ savaşının qəhrəmanları, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərdir.
Mən bu yazımda belə qəhrəmanlardan biri – Hüseynov Vüqar Tofiq oğlu haqqında danışmaq istəyirəm.
Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuş Vüqar kənd orta məktəbini batirdikdən sonra Bakı şəhərində 14 nömrəli texniki-peşə məktəbində təhsil almış, buradan da orduya xidmətə getmişdir. Ordudan tərxis olunduqdan sonra Binəqədi Neft-Qazçıxarma idarəsində elektrik qaynaqçısı işləyirdi.
Qarabağ savaşı onu da başqa vətən gəncləri kimi düşmənlə üz-üzə qoydu. Könüllü olaraq cəbhəyə gələn Vüqar ilk günlərdən ermənilərin qəniminə çevrildi. Özünü döyüşlərin ən qızğın meydanına atır, düşmənə qan uddururdu.
Döyüşlərin biri Buzluq kəndi uğrunda idi. Düşmən bütün qüvvələrini səfərbər edərək Buzluq kəndinə yiyələnmək istəyirdi. Vüqar yoldaşları ilə ön postlardan birində mövqe tutmuşdur. Gün ərzində bu dəstə beş hücuma məruz qalmışdır. Hər dəfə erməniləri yaxına buraxıb sərrast atəşlə tələfata uğradırdılar. Düşmən getdikcə quduzlaşır, irəli soxulmağa can atırdı. Qarşı tərəfdən də güllənin az atılması onları şirnikdirmişdi. Səngərə çataçatda güclü atəşə tuş olub bir anlığa çaşbaş düşdülər. Elə bu andaca cəsur döyüşçülərimiz irəli atılıb əks-hücuma keçdilər. Qələbə çalındı, lakin dəstəyə ağır bir itki üz verdi: igid və qorxmaz Vüqar Hüseynov bu döyüşdə qəhəramanlıqla həlak oldu.
İgid Vətən oğlu doğma torpaq, müqəddəs yurd uğrunda canını qurban verdi, şəhidlik zirvəsinə ucalaraq ölümsüzlüyə qovuşdu. Vətəni sevən, vətən yolunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, qədirbilən xalqımızın qəlbində əbədi yaşayırlar.

Musiqi beşiyi Qarabağ düşmən taptağında
Kür-Araz mədəniyyətinin bəhrələndiyi əsas bölgələrdən biri də Qarabağdır. Aranlı-dağlı, bir ucu Mil düzündə, bir ucu Laçın, Kəlbəcər dağlarında, Qoşqar və Dəlidağda olan Qarabağ!
Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Qarabağ – Natəvanın, Vaqifin, Zakirin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyirin, Bülbülün, Xan Şuşinskinin, Qaryağdıoğlunun vətənidir. Qarabağ aranlı-dağlı bir diyardır. Günçıxandan-günbatana düzəngahlardan dağlara doğru gedəndə uzun müddət üfüqlərin düzlüyü adamı heyrətə salır. Bu düzlüyü kəndlərin, qocaman qovaqların yollar boyu uzanan sıraları pozur. Qarabağın bütün yolları adamı Şuşaya – Qarabağın balaca hərisinə aparır. Çox təəssüf ki, bu yolların həsrəti bizi yandırıb yaxır.
Qarabağ musiqi beşiyidir! Vaxtilə Şuşa “ Zaqafqaziyanın konservatoriyası” adlanmışdır.
Kim “Qarabağ bülbüllərinə” qulaq asmayıbsa, o, hələ insanın bütün ruhu ilə musiqidə əriməsinə, musiqiyə qovuşub yaz havasına çevrilməsini görməyib. Hər dəfə bu Bülbülləri dinləyəndə, adama elə gəlir ki, oxuyan Azərbaycan xalqının ruhudur. Bu səslər də min illər boyu bu torpaq uğrunda qurban getmiş igidlərin ürək atəşini, elin bütün arzularını, bitib tükənməyən bir səadət, xoş gün axtarışını, qısa ömrün çarəsiz aqibətini duyursan. Sanki bu səsdən dağların, meşələrin, milyon rəngli çəmənliklərin və lal quyuların naləsi var.
Qarabağ – başı bəlalı torpağım! Namərd düşmən tapdağı altında qalan, göz yaşı tökən, darmadağın olan imdad diləyən, igidlərini səsləyən torpağım! Düşmən bu gün sinən üstündə at oynadır. İsa bulağı, Şuşa Qalası, Xankəndi, Laçın, Kəlbəcər qan ağlayır.
Bəli, Qarabağ qan ağlayır. On beş ildən artıqdır ki, Azərbaycanın taxt-tacı olan Qarabağ guşəsi, onun ürəyi olan Şuşa və s. Düşmən tapdağı altındadır. Bu neçə illər ərzində Azərbaycanın səfalı, güllü-çiçəkli rayonları, kəndləri, şəhərləri zəbt olunub. Qanlı döyüşlərdə neçə min əhali yurd-yuvasından, öz isti ocaqlarından didərgin düşüb, necə min igid oğullarımız qəhrəmancasına həlak olub, neçə-neçə oğul və qızlarımız, ağsaqqal atalarımız, ağbirçək analarımız düşmən tərəfindən əsir alınıb. Hətta beşikdə, isti ana nəfəsinə, ana laylasına möhtac olan körpələr namərd düşmən tərəfindən dözülməz işgəncələrlə öldürülüb. Hamısı vicdanını pula satan, şərəfsizlərin ucbatından.
Zaman gələcək torpaqlarımız da geri qayıdacaq, dağılanlar isə yenidən tikiləcək. Natəvanın nəfəsi, Vaqifin, Üzeyirin, Bülbülün incimiş ruhları şad olacaq!
Ulu tanrıdan arzumuz budur ki, təki o gün tez olsun. Qoy bizə pənah gətirən bacı və qardaşlarımız Şuşada, Qarabağda Üzeyirin və Bülbülün mahnısını oxusunlar. Zakirin, Vaqifin, Natəvanın şerlərini söyləsinlər!

Azərbaycan mənim vətənimdir
Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.
Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi – dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.
Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsil vətəndaş ola bilməzsən.
Mənim vətənim Azərbaycandır. Bu əmələkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Gəlin Azərbaycan xalqının çox əsrlik tarixini vərəqləyək.
Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda Respublikamızda yaşı bir neçə min il olan Azığ mağarası, Qobustan, Qəbələ kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər vardır. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dahilər vermişdir. Onları təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar. Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsi isə tariximizin ən parlaq səhifələrini təşkil edir.
Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli, torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız tikan olub onların gözünə batmışdır. İgidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə meydan oxumuş, göz dağı çəkdirmişdir. Çox “ mənəm-mənəm” deyən hökmdarlar azərbaycan iştahına düşərək bu torpağa hücum etmiş, lakin axırda qan içməkdən doymayan başlarını bu torpaqda qoymuşlar. Anamız Tomris bir qılınc zərbəsi ilə Keyxosrovun başını kəsəndə dünya heyran qaldı türk qadının hünərinə, igidliyinə. Bəli, bu torpaq özünə layiq igid oğullar, qızlar yetirib. Elə igidlər ki, əsrlər keçsədə, onların adı xalqımızın daş yaddaşında əbədi iz buraxmış, gələcək nəsillərə örnək kimi xatirələr də qalmışdır. Bu gün öz keçmişi ilə Cavanşiri, Tomrisi, Babəki, Koroğlusu, Xətaisi, Cavad xanı, Xiyabanisi ilə və daha neçə-neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan.
Bu torpaq həmişə dara düşəndə özünün igidlərinə arxalanıb. XX əsrin sonları da doğma yurdumuzun baçından acı külək kimi əsdi. İllər boyu bizə sığınaraq əziz tikəmizi yeyən nankör ermənilər rus hərb maşınına arxalanaraq qısqırdılmış itlər kimi Azərbaycanı sınağa çəkdi. Belə bir vaxtda yenə də yurdumuzun igid oğulları onun köməyinə gəldi. Bu savaş Azərbaycana neçə-neçə qəhrəman bəxş etdi və tarix sübut etdi ki, qəhrəman Azərbaycan oğulları həmişə Vətənə sadiqdirlər və onun yolunda canlarını qurban verməyə hazırdırlar.
Azərbaycan Mənim Vətənimdir və mən bu diyarı ürəyim qədər sevirəm. Mən bu diyarın oğluyam və lazım gələrsə, canımı da, qanımı da, Vətənimə fəda etməyə hazıram.
Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyaram başımı ayaqlarına,
Ey ana torpağım! Ey Azərbaycan!

Təbiətin gözəlliyini qoruyaq
Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləmin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlılar əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın bu tarazlığın pozulması dünyanı fəlakətə sürüklüyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü – onun florasını və canlılar aləmini – onun faunasını qorumalıyıq.
Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır.
Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: “Yaşıl ciyər”. Yaşıllıq insana çörək lazımdır. Həm də çörəksiz yalnız insan məhv olduğu halda, yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz. Meşələr bizim sərvətimiz, var-dövlətimizdir. Meşələr bizim məişətimizin bir hissəsidir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhval-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Məlum həqiqətdir ki, meşələri – Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur.
Təəssüflə qeyd etməliyik ki, son zamanlar təbii qazın azlığı, tikinti və kənd təsərrüfatı işləri, eləcə də baxımsızlıq meşələri çox sıxışdırır. Yaşıllığa, meşələrə qarşı ölçüsüz-biçisiz hücum insana qarşı yönəlmiş ən ağır müharibədir. İnsan ağlı, insan zəkası bu “müharibəni” dəf etməyə qadirdir və biz təbiətin nizamını pozan, onun qədrini bilməyən, korlayan adamlara qarşı mübarizə aparmalı, təbiətimizi və onun gözəlliyini mühafizə etməliyik.
Son illərdə respublikamızda təbiətin qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət yetirilir. Hətta şairlərimiz də öz şerləri ilə bu gözəl təşəbbüsə qoşulmuşlar. Mən də öz inşamı lirika ustası, böyük şairimiz Hüseyn Arifin aşağıdakı misraları ilə yekunlaşdırmaq istəyirəm:
Hər vaxt təbiəti gətirək yada,
O, bizi duyğusuz, ruhsuz sanmasın.
Yollar uzansa da, yollar artsa da,
Meşələr pozulub yaralanmasın.

“Kitabi-Dədə Qorqud” dastanı xalqımızın söz abidəsidir
Təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümayəndələrindən biri və həm də birincisi “Kitabi – Dədə Qorqud” eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır, “Oğuznamə”dir.
Elm aləminə “Kitabi – Dədə Qorqud” eposunun iki əlyazması məlumdur. Bu əlyazmaların biri və daha mükəmməli Almaniyanın Drezden muzeyində saxlanılır. Bu əlyazma giriş və on iki boydan ibarətdir. Əsərin ikinci əlyazması Vatikan muzeyindədir. Vatikan əlyazması girişdən və yalnız altı boydan ibarətdir.
“Kitabi-Dədə Qorqud” bahadırlıq və qəhrəmanlıq dastanıdır. Buradakı boylar orta əsrlərin ilkin çağlarının həyatı ilə səsləşir. Əhvalatlar el ağsaqqalı, el ozanı Dədə-Qorqudun dilindən söylənilir. Əsərdə oğuzların hərbi yürüşləri, inam və görüşləri, barış və savaşları, adət və ənənələri, köçəri və oturaq həyatı bədii şəkildə öz əksini tapmışdır.
Oğuz elinin başçısı Qamğan oğlu Bayındır xandır. Onun əsərdə yalnız adı çəkilir, onunla bağlı heç bir əhvalat söylənilmir. Oğuz elinin baş qəhrəmanı Ulaş oğlu Qazan Xan və onun ətrafında olan bahadırlardır. El-obanı yağılardan, azğın kafirlərdən qorumaq, doğma yurdun şərəfini qorumaq onların üzərinə düşür. Düşmənləri diz çökdürən oğuzlarda daxili ziddiyyətlərdə mövcuddur və onların faciəsi də bu daxili ədavət və ziddiyyətlərdən törəyir. Öz dayısının başını kəsən Salur Qazan bununla xəyanətlə öldürülmüş Bamsı Beyrəyin qanını alsa da, hər halda oğuzun oğuza əl qaldırması faciədir, arzuolunmaz hadisədir.
“Kitabi – Dədə Qorqud”un hər bir boyunda bir oğuz igidinin qəhrəmanlığından danışılır. Hadisələr yay-qış qarı-buzu əriməyən Qazlıq dağında, alınmaz Əlincə qalasında, Şərurda, Dərbənddə, Gəncədə, Bərdədə, Dərəşamda, Qaraçquda, Aladağda, Ağcaqalada, Göyçədə, Bayatda baş verir və bütün bunlar onu sübut edir ki. “Kitabi – Dədə Qorqud” məhz Azərbaycan xalqının sənət abidəsi, söz abidəsidir. Əsərdəki bir çox yer-yurd adları bizim günümüzdə də həmin adlarla tanınmaqdadır.
Oğuzlar üçün yurd, Vətən sevgisi, torpaq hər şeydən yüksək və əzizdir. Onlar hər an doğma el-oba uğrunda canlarından keçməyə hazırdılar. Oğuz öz qonşularına qarşı da mərddirlər. Onlar başqasının torpağına hücum etmir, sərhədlərini pozmurlar. Lakin düşmən xəyanət edib qəfil hücum etdikdə oğuz igidləri hamılıqla Vətənin müdafiəsinə qalxır, düşməni tarmar edirlər. Dar gündə Vətən sevgisi oğuzlara öz aralarındakı incikliyi də unutdurur, onları birləşdirir.
Oğuzlarda qadına, anaya yüksək ehtiram və məhəbbət vardır. Burada ana haqqı tanrı haqqına bərabər tutulur. “Salur Qazanın evinin yağmalanması boyu”nda Qazan xan düşmənlə qarşılaşarkən hər şeydən keçir, lakin anasından keçmir. Oğuzun qadınları, qızları da ismətli, namuslu el qızlarıdır.
Oğuzlar çətinə düşəndə tanrıya sığınır, onu köməyə çağrırlar. Tanrı da hər dəfə oğuzların köməyi olur, onları çətinliklərdən çıxarır.
“Kitabi-Dədə Qorqud” oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, ifadənin, adın dərin mənası var və bunların hamısının arxasında soykökümüz olan oğuzların keçmiş tarixi durur.

İnsan əməklə ucalır
Hələ lap qədim zamanlardan əmək bəşər həyatının əsasını təşkil etmiş, insanın məhz insan kimi formalaşmasında həlledici mahiyyət daşımışdır. İbtidai insanlar zəruri faydalı əməklə məşğul olmuş və öz tələbatlarını onunla ödəmiş, zəruri yaşayış nemətlərini, əşyalarını onunla əldə etmişlər.
Əmək insan həyatının əsasını təşkil edir. Təsadüfi deyil ki, tarix boyu xalq arasında əməyə dair çoxlu atalar sözü və məsəllər yaranmış, bir çox sənətkarlarımız öz əsərlərində əməyi tərənnüm etmiş, əməkçi insan surətləri yaratmış, əməyin xariqələr yaradan qüdrətindən bəhs etmişlər.
“İş insanın cövhəridir”, “İşləməyən dişləməz”, “Əmək xoşbəxtliyin açarıdır” və s. kimi hikmətli kəlamlar çox maraqlı xalq deyimləridir. Dahi şairimiz Nizmi Gəncəvi öz əsərlərində əmək adamlarını dərin məhəbbətlə təsvir etmiş və əməyə yüksək qiymət vermişdir. Bu cəhətdən şairin “Sirlər xəzinəsi” poemasındakı “Kərpickəsən kişinin dastanı” hekayəti çox maraqlıdır. Burada göstərilir ki, Şam şəhərində kərpic kəsmək kimi ağır zəhmətlə məşğul olan bir qoca kişi yaşayırmış. O, əyninə öz əlinin zəhməti ilə otlardan biçdiyi köynək geyir, kərpic kəsib dolanırmış. Bir gün gənc bir oğlan kərpickəsən qocanın yanına gələrək bir qarın çörək üçün belə bir ağır zəhmət tələb edən işlə məşğul olmamasını ona məsləhət bilir. Qoca kişi cavan oğlanın məsləhətindən narazı qalaraq ona belə cavab verir:
Cavansan, belə cahillik etmə,
Əl çək acı sözlərdən, mənə ağıl öyrətmə.
Mən bir kəsə deyiləm xəznədən ötrü möhtac,
Əlimin zəhmətilə toxdur gözüm, deyil ac.
Onun üçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Məni bu ruzi üçün günahkar sayma, bəsdir,
Düşünsən bilərsən ki, dediklərin əbəsdir.
Qocanın haqlı və ədalətli sözləri gəncə çox böyük təsir göstərir və o, hərəkətindən peşman olaraq üzr istəyərək çıxır gedir.
Nizaminin qocanın dili ilə dediyi sözlərdən göründüyü kimi, şair əməyə insana sərbəstlik verən, onu başqalarının qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır. Nizami həyatın mənasını zəhmətdə görür və göstərir ki, insan gərək əməyi sevsin və bununla da ən fəal insanların cərgəsinə daxil olsun. Zəhmətə alışmış hər kəs həyatın da əsl mənasını və gözəlliyini dərk edə bilər.
Şərəfli əmək insanı ucaldır, ona şöhrət gətirir. Ölkəmizdə öz halal əməyi, alın təri ilə ucalan xeyli sayda əmək qəhrəmanları vardır. Bu adamların hamısı öz əməkləri ilə ucalmış, cəmiyyətimizin adlı-sanlı adamlarına çevrilmişlər. Mən əminəm ki, vətənimiz həmişə şərəfli əməklə ucalacaq, tərəqqi edəcəkdir.

Şəhidlər
Bakının Dağüstü parkında möhtəşəm bir yerdə əbədi bir məşəl yanır. Bu məşəl canını Vətən yolunda qurban verərək Şəhidlər xiyabanında uyuyan şəhid qəhrəmanlarımızın əbədi ruhu, əbədi xatirəsidir.
Yüksəlişə can atmaq insanın təbiətindədir. O, doğulduğu andan tez boy atmaq, böyümək, ağıla-kamala dolmaq istəyir, öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə səy edir. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir. Vətən yolunda canını fəda edən vətən övladı əslində ölmür, əksinə, ölümü ilə ölümsüzlük qazanır, şəhidlik adına yüksəlir. Bundan da böyük hünər, bundan da yüksək ucalıq ola bilərmi?!
Vətən torpağının ucalığında,
Millətin qəlbində qaldı şəhidlər!
Ölümün gözünə dik baxa-baxa,
Ölümə qələbə çaldı şəhidlər!
Şəhidlər – dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçiləridir.
Şəhidlər – qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdırlar.
Şəhidlər – qəlblərdə azadlıq, istiqlal işığı yandıraraq əsarət buxovlarını qırıb dağıdan mərd igidlər, elimizin-obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarıdır.
Şəhidlər – müqəddəs and yerimiz olan Şəhidlər xiyabanının zinəti, əbədi, lakin yaşar sakinləridir. Onlar bizim fəxrimizdirlər.
Evimizdə hamımızın əzizlədiyimiz, müqəddəs tutduğumuz bir kitab var: Rafiq Səməndərin “Şəhidlər” kitabı. Kitaba ön söz yazan böyük şairimiz Bəxtiyar Vahabzadənin sözləri qəlbimizi titrədir: “Yazışı Rafiq Səməndər bu kitabı yazmaqla vətəndaşlıq borcunu namusla yerinə yetirmişdir… Hələ yaramız istidir, hər birimizin bağrında sızıldayır. Biz bu yaranın, bu faciənin dəhşətini sonra biləcəyik. Yaraya isti-isti baxmaq və onun təfərrüatını kağıza köçürmək həm məsuliyyət tələb edir, həm də cəsarət! Bu faciəni bu gün yazmaq da çətindir, bu yazıları sakit ürəklə oxumaq da. Bununla yanaşı, bu faciə məhz indi qələmə alınmalı idi. Tarix üçün, gələcək üçün.”
Hər il yanvar ayının 20-də vətən qeyrətli oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı qərənfil yağışına qərq olur. Göz yaşına bələnmiş bu qərənfillər xalqımızın qəzəbi, nifrəti kimi obrazlaşmış, rəmziləşmişdir. Qərənfil – əzizini, doğmasını, soydaşını itirən və qəlbi göynəyən xalqımızın əlində intiqam bayrağını, qisas silahına çevrilmişdir. Burada yanan əbədi məşəl nakam şəhidlərimizin narahat ruhlarının təcəssümüdür. Bu yer bizim and yerimiz, səcdəgahımızdır. Xalqımız heç vaxt vətən naminə canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaqdır.
Torpaqda haqqı var axan qanın da,
Bir nərin qolları düşüb yanında.
Müqəddəs Şəhidlər xiyabanında,
Dəli bir ağlamaq keçir könlümdən.

Ana dilim
Ana dili! Ana və dil kəlmələrinin ana dili söz birləşməsinə də ifadə etdikləri fikrin mahiyyətinə diqqət edək. Ana dili anamızın dili, hər bir insanı dünyaya gətirən müqəddəs bir varlığın dili, ayaqları altının hər bir kəsə behişt olduğu bir insanın dili, laylası ilə qanımıza, canımıza həyat sevgisi hopduran bir məxluqun dilidir. Doğma dilimiz. Soyumuzun, kökümüzün işlətdiyi dil… Bu dil Azərbaycan dilidir, Vətən dilidir.
Azərbaycan dili 45-50 milyonluq böyük bir millətin ana dilidir. Bir xalqın torpağı qədər dili də onun varlığının, mövcudluğunu şərtidir. Azərbaycan dili də bizim tarixi keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimizdir. Dil xalqın tarixinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, adət-ənənələrinin ifadə vasitəsidir. Deməli, ana dili xalqın özüdür. Dil yoxdursa, xalq yoxdur, xalq yoxdursa, dil yoxdur. Ona görə də torpağı qoruduğumuz kimi, dilimizi də göz bəbəyi kimi qorunalı, qayğısını çəkməliyik.
Müdriklərimizdən öyüd-nəsihət ala-ala, gərəkliləri eşidə-eşidə, aqillərimizdən görüb götürə-götürə, fədakarlıq, təmizlik, təvazökarlıq timsalı olan müəllimlərimizdən ədəb-ərkan, mərifət, həssaslıq, düzlük qazana-qazana, klassik və müasir sənətkarlarımızın incilərindən, elmi kitablardan, alimlərimizin söz-söhbətindən faydalana-faydalana ömrümüz boyu öyrənirik, kamilləşirik. Əlbəttə, ecazkar ana dilimizin köməyi ilə…
Doğrudan da, bu dil nə qədər müqəddəs, qüdrətli və əzəmətli, lətif və şairanədir !.. Çünki bu dil Nizamiləri, Nəsimiləri, Xətailəri, Füzuliləri, Vaqifləri, Zakirləri, M.F.Axundovları, Ü.Hacıbəyovları, N.Vəzirovları, Ə.Haqverdiyevləri, C.Məmmədquluzadələri, S.M.Qənizadələri, C.Cabbarlıları, S.Vurğunları, R.Rzaları və digər görkəmli ədib, yazıçı və alimləri yetişdirən şair təbiətli müdrik xalqımızın ən qiymətli sərvətidir. Onlar dilimizin təmizliyi və saflığı uğrunda həmişə mübarizə aparmış, onun qayğısına qalmışlar.
Belə mütərəqqi idealı maarifçi-ziyalılarımızdan biri publisist, yazıçı-dramaturq Nəriman Nərimanov olmuşdur. O, bir sıra məqalələrində, eləcə də bəzi məruzə və çıxışlarında ana dilindən sonsuz məhəbbətlə, hərarətlə bəhs etmiş, onun müqəddəsliyini, əzəmətini dilə gətirmişdir. Görkəmli ədibin “Bu gün” adlı məqaləsini oxuyuruq: “Ana dili! Nə qədər rəfiq, nə qədər ali, qəlbi təlatümə gətirən bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz şəfqət və məhəbbətini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən hələ beşikdə ikən layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhunun ən dərin guşələrində nəqş bağlayıbdır !..”
Əsl vətəndaşlıq qüruru ilə N.Nərimanovun ana dilimiz haqqında hələ keçən əsrin əvvəllərində xalqımıza söylədiyi mənalı fikirlər öz mahiyyətini bu gün də saxlamaqda, dolğunluğu və təzəliyi, təsirliliyi ilə diqqətimizi cəlb etməkdədir.
Ana dili bütün elmləri öyrənməyin açarıdır. Hazırda Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Biz hər vasitə ilə ana dilimizin saflığını, təmizliyini, varlığını bütün əzəməti ilə qoruyub saxlamalı, onu daha da inkişaf etdirmək üçün əlimizdən gələni etməliyik.

Təbiəti qorumaq borcumuzdur
İnsanların yaşayış tərzi, maddi rifah halı təbiətlə, təbii sərvətlərin zənginliyi ilə, bu sərvətlərdən səmərəli istifadə olunması və onların qorunması ilə bağlıdır. Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir. Təbiəti qorumaq ümumdövlət işi, ümumxalq işidir.
İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən daha çox mənfəət götürür, daha doğrusu, onu qırır, tökür, dağıdır, məhv edir, əvəzini isə çox az qaytarır.
Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, xüsusən canlı sərvətlərin qorunması hazırda dünya əhəmiyyətli bir məsələ hesab olunur.
Doğma yurdumuz Azərbaycan mislsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. İl boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə malik göllər, suvarma və enerji əhəmiyyətli çaylar, min bir dərdin dərmanı olan bulaqlar Azərbaycanın qədir-qiymətini birə-min artırır. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir. Onun gözəl təbiəti, iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir ki, yer üzərindəki 11 iqlim növünün 9-u Azərbaycanda mövcuddur.
Hər bir iqlim qurşağının təbii gözəlliyini, bu gözəlliyin süfrəmizə bəxş etdiyi nemətləri ayrı-ayrılıqda sadalamaq, bunlarsız insan məişətinin qeyri-mümkünlüyündən təkrar-təkrar danışmaq olar. Ancaq bu “yanıqlı” danışıqlarla məsələ bitmir. Əsas məsələ ətraf mühitə ağıllı nəzərlərlə baxmaq, təbiətə duymaq, onun keşiyində durmaqdır. Təbiət elə gözəl “sənət əsəri”dir ki, bu əsəri korlamaq bir yana dursun, hətta onu duymamağın özü insanlıqdan kənardır. Bu gün biz hər hansı ağacdan bir budaq qırarkən onu yaralamağımızın fərqinə varmırıq. Axı ağac da canlıdır, o da yaşamaq istəyir.
Təbiət bizim sərvətimizdir, var-dövlətimiz, məişətimizin, həyatımızın bir hissəsidir. Biz onu qorumalı, inkişaf etdirməliyik. Son dövrlərdə yaşıllığa verilən diqqət, parkların, ağaclıqların salınması təqdirəlayiqdir.
Yunan əfsanələrinə görə, hər bir cavan oğlan evlənməzdən qabaq yeddi zeytun tingi basdırıb, onu bar verənə qədər becərməli və sonra evlənməlidir. Belə bir “qanun” indiyə qədər yunan xalqı arasında adət və ənənəyə çevrilmişdir.
Nə demək olar, gözəl ənənədir, gözəl adətdir. Yaxşı olardı ki, bizdə də belə ənənələr olaydı. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün gənclərimizin hər biri bir uzunömürlü ağac basdırsa , çox yaxşı olar. Biz təbiətimiz nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir. Ata-babalarımızdan bizə yadigar qalan təbiəti, təbiət abidələrini qorumaq, onu gələcək nəslə yadigar qoymaq bizim borcumuzdur.